Qubadlıda xeyli sursat aşkarlanıb

Xəbərlər

27.03.2024 - 11:41

Bir mina, 73 minaatan mərmisi və 1000-ə yaxın patron aidiyyəti üzrə təhvil verilib

Qubadlı rayonunda xeyli sursat aşkar edilib. AYNA xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətinin Bərdə regional qrupundan bildirilib.

Qeyd olunub ki, Qubadlı Rayon Polis Şöbəsinin əməkdaşları Mahmudlu kəndi ərazisindən xeyli sayda sursat aşkar ediblər.

Aşkar edilən bir mina, 73 minaatan mərmisi və 1000-ə yaxın patron aidiyyəti üzrə təhvil verilib.

Faktla bağlı araşdırma aparılır.

Müəllif: Ayna.az