DİN açıqlayıb: “İddialar əsassızdır”
Azərbaycan Demokratiya və Rifah Partiyasının (ADRP) sədri Qubad İbadoğlunun həyat yoldaşı saxlanılmayıb.
AYNA xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətinin əməkdaşı Anar Qafarov bildirib.
“İddialar əsassızdır”, - deyə nazirlik rəsmisi bildirib.
Qeyd edək ki, bu gün ADRP sədri Q.İbadoğlu daxil olmuş müraciətlə əlaqədar vəkili Zibeydə Sadıqova ilə birgə DİN-in Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə dəvət edilib.