Qriqoryan: “Konstitusiyanın dəyişdirilməsi xarici proseslə əlaqəli deyil”

Dünya

20.02.2025 - 17:29

Həkimlər Klinikalar SEO Xidməti

“Bunu heç bir xarici proseslə əlaqələndirmək olmaz. Bu, daxili prosesdir və bundan sonra da daxili proses olacaq”  

“2020-ci ildən başlayaraq Konstitusiyaya düzəlişlər müzakirə olunur. Konstitusiyaya düzəlişlər Ermənistanda həmişə daxili proses olub”. AYNA erməni mediasına istinadən bildirir ki, bu sözləri Ermənistan Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan jurnalistlərə açıqlamasında deyib.

“Bunu heç bir xarici proseslə əlaqələndirmək olmaz. Bu, daxili prosesdir və bundan sonra da daxili proses olacaq”, - deyə Armen Qriqoryan bildirib.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş