Gürcüstanda son sutka ərzində 4 min 426 nəfər virusa yoluxub
Gurcüstanda koronavirusa (COVID-19) yoluxanların sayı durmadan artır. AYNA gürcü mətbuatına istinadən bildirir ki, son sutka ərzində qonşu ölkədə daha 4 min 426 nəfər virusa yoluxub. 3 min 721 nəfər müalicə olunaraq sağalıb, 35 pasiyent isə vəfat edib.
Bununla da ölkədə COVID-19-a yoluxanların ümumi sayı 132 min 368-ə çatıb. Onların 110 049-u sağalıb, 1 230-u isə vəfat edib.