Qonşu ölkədə COVID-19-dan ölənlərin sayı 11 minə yaxınlaşır

Dünya

08.07.2020 - 12:47

Rusiyada koronavirusa yoluxanların ümumi sayı 700 min 792-ə çatıb

 

Son 24 saat ərzində Rusiyada 6 min 562 nəfər koronavirusa yoluxub. AYNA rus mətbuatına istinadən bildirir ki, bu barədə Vəziyyətin Monitorinqi və Əməliyyat Qərargahı məlumat yayıb.

 

Bununla da Rusiyada COVID-19-a yoluxanların ümumi sayı 700 min 792-ə çatıb. Pandemiya dövründə qonşu ölkədə 10 min 677 ölüm qeydə alınıb. 472 min 511 xəstə sağalıb.

 

Qeyd edək ki, koronavirusa ən çox yoluxma ABŞ-dır. Birləşmiş Ştatlarda 2 milyondan bir qədər çox yoluxan var. İkinci pillədə bir milyon 600 min yoluxma ilə Braziliya gəlir. Hindistan 719 min 600 yoluxma ilə üçüncü yerdə qərarlaşıb. Sonrakı yerlərdə Rusiya və Perudur. Koronavirusa yoluxma statistikasında ilk onluqda Çili, Böyük Britaniya, Meksika, İspaniya və İran da yer alıb.

Müəllif: Ayna.az