Qonşu ölkədə bir sutkada 7 mindən çox insan virusa yoluxub

Dünya

30.04.2020 - 14:51

cedabet dərman SEO Xidməti

Rusiyada koronavirusa yoluxanların sayı 106498 nəfərə çatıb

 

Rusiyada koronavirusa yoluxanların sayı sürətlə artmaqda davam edir. AYNA xəbər verir ki, Rusiya Səhiyyə Nazirliyinin açıqladığı məlumatlara görə, ölkədə son 24 saat ərzində 7099 yeni yoluxma faktı qeydə alınıb.

 

Bununla da Rusiyada koronavirusa yoluxanların sayı 106 min 498 nəfərə yüksəlib. Ölüm sayı isə 101 nəfər artaraq 1073-ə çatıb.

 

Qeyd edək ki, dünən açıqlama verən Rusiya Prezidenti Vladimir Putin, bütün səylərə baxmayaraq, tibbi avadanlıqların yetərincə olmadığını bildirmişdi: “Ölkəmizdə 100 min qoruyucu geyim və 8,5 milyon maska istehsal edilsə də, ləvazimatlar hələ də yetərincə deyil”.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş