Qlobal Cənub QHT Platformasına rəhbərlik Azərbaycana verilib

Xəbərlər

28.04.2025 - 18:10

Həkimlər Klinikalar SEO Xidməti

Platformanın mərkəzi qərargahı Bakıda yerləşəcək

Qlobal Cənub Qeyri-Hökumət Təşkilatı (QHT) Platformasına rəhbərlik 116 ölkənin QHT-sinin razılığı ilə Azərbaycana verilib.

AYNA.AZ xəbər verir ki, bu, Qlobal Cənub Platformasının bugünkü təsis konfransında elan edilib.

Platformanın mərkəzi qərargahı Bakıda yerləşəcək.

Azərbaycan Milli QHT Forumunun rəhbəri Ramil İskəndərli Qlobal Cənub QHT Platformasının bir il müddətinə müvəqqəti Baş katib seçilib, bu dövr ərzində qurumun daxili strukturu dəqiqləşib.

Qeyd edək ki, 2026-cı ildə Qlobal Cənub QHT Platformasının Baş Assambleyası keçiriləcək.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş