Nazirin vəzifələrini Jeenbek Kulubayev icra edəcək
Qırğızıstanın xarici işlər naziri Ruslan Kazakbayev istefa verib. AYNA xarici mediaya istinadən bildirir ki, bu barədə Qırğızıstan Prezidentinin Mətbuat Xidməti məlumat yayıb.
Bildirilib ki, Prezident Sadır Japarovun Fərmanı ilə Jeenbek Kulubayev nazirin vəzifələrini icra edəcək.
Bundan əvvəl Jeenbek Kulubayev Qırğızıstan Prezident Administrasiyasının xarici siyasət şöbəsinin rəhbəri olub.