Qırğızıstanda yeni Konstitusiya layihəsi dəstək qazanıb

Dünya

12.04.2021 - 16:17

Səsvermədə iştirak edənlərin 79,25 faizi yeni Konstitusiya layihəsinin lehinə səs veriblər

 

Qırğızıstanda yeni Konstitusiya layihəsi ilə bağlı referendumda seçici fəallığı 36,75 faiz təşkil edib. AYNA-nın xarici mediaya istinadən məlumatına görə, bu barədə Qırğızıstan Mərkəzi Seçki Komissiyasının (MSK) sədri Nurjan Şayldabekova bildirib.

 

Qeyd edib ki, səsvermə qutularının 96,34 faiz məlumatları hesablanıb və nəticələrinə görə 36,75 faiz referendumda səs verib.

 

Səsvermədə iştirak edənlərin 79,25 faizi yeni Konstitusiya layihəsinin lehinə səs veriblər.

Müəllif: Ayna.az