Qırğızıstan-Tacikistan sərhədində atışma olub

Dünya

11.03.2022 - 12:11

Həkimlər Klinikalar SEO Xidməti

Atışma 20 dəqiqəyə yaxın davam edib

Martın 11-də Qırğızıstan-Tacikistan sərhədində iki ölkənin sərhədçiləri arasında atışma baş verib. AYNA TASS-a istinadən bildirir ki, bu barədə Qırğızıstan Milli Təhlükəsizlik üzrə Dövlət Komitəsinin Sərhəd Xidməti məlumat yayıb.

“Martın 11-də Qırğızıstan və Tacikistan sərhədçiləri arasında Qırğızıstan-Tacikistan sərhəd hissəsində daha bir atışma olub. Batken-İsfana avtomobil yolunun Batken rayonunun Eki-Taş kəndindəki hissəsində Tacikistan sərhəd naryadı yoldan keçən avtomobillərə daş atmağa başlayıb. Qırğızıstan sərhəd dəstəsi Tacikistan hərbçilərinin qanunsuz hərəkətlərinin qarşısını almaq üçün havaya xəbərdarlıq atəşi açıb. Münaqişəyə daha bir Tacikistan sərhəd dəstəsi müdaxilə edib və onlar Qırğızıstan sərhədçilərinin olduğu müşahidə qülləsini atəşə tutublar”, - məlumatda qeyd edilib.

Atışma 20 dəqiqəyə yaxın davam edib. Qırğızıstan tərəfdən ölən və yaralanan olmayıb.

Qeyd edək ki, martın 10-da da, Qırğızıstanın Batken rayonunun Teskei kəndində, sərhədin mübahisəli hissəsində iki dövlətin sərhədçiləri arasında atışma olub.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş