Qırğızıstan hökuməti istefaya göndərilib

Dünya

12.10.2021 - 16:59

Həkimlər Klinikalar SEO Xidməti

Caparov Nazirlər Kabinetinin üzvlərini tam tərkibdə istefaya göndərib

Qırğızıstan Prezidenti Sədir Caparov bu gün Nazirlər Kabinetinin rəhbəri Ulukbek Maripov başda olmaqla, hökuməti tam tərkibdə istefaya göndərib. AYNA TASS-a istinadən xəbər verir ki, bu barədə Qırğızıstan Prezidentinin Mətbuat Xidməti məlumat yayıb.

“Caparov Prezident Administrasiyasının rəhbəri və Baş nazir postlarına Akılbek Caparovun namizədliyini ölkə Qırğızıstan Parlamentinə təklif edib”, - deyə məlumatda qeyd olunub.

Xatırladaq ki, Qırğızıstanın yeni qəbul olunmuş Konstitusiyasına əsasən, Prezident Administrasiyasının rəhbəri eyni zamanda, Baş nazir səlahiyyətləri daşıyır və hökumətə rəhbərlik edir.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş