Qılıncoynadanlarımız İslamiadada 3 medal qazanıblar

İdman

15.08.2022 - 07:44

Həkimlər Klinikalar SEO Xidməti

Qılıncoynatmanın sablya növündə qadınların şəxsi yarışına yekun vurulub

Türkiyənin Konya şəhərində keçirilən 5-ci İslam Həmrəyliyi Oyunlarında qılıncoynatmanın sablya növündə qadınların şəxsi yarışına yekun vurulub.

AYNA xəbər verir ki, finalda Azərbaycan sablyaçısı Palina Kaspiaroviç Türkiyə təmsilçisi İrina Şçuklaya 14:15 hesabı ilə uduzaraq gümüş medala layiq görülüb. Yarımfinalda Palina Kaspiaroviçə 9:15 hesabı ilə məğlub olan Səbinə Kərimova və İrina Şçuklaya 10:15 hesabı ilə uduzan Valeriya Bolşakova isə 5-ci İslam Həmrəyliyi Oyunlarının bürünc medalını qazanıblar.

Qeyd edək ki, V İslam Həmrəyliyi Oyunları 2021-ci ildə keçirilməli olsa da, qlobal pandemiya səbəbindən yarış bir il təxirə salınıb. V İslam Həmrəyliyi Oyunlarında 56 ölkədən 4 mindən çox atlet idmanın 24 növü üzrə 483 dəst medal uğrunda mübarizə aparır.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş