Qida təhlükəsizliyinə dair yeni dövlət standartı qəbul edilib

Xəbərlər

12.04.2022 - 17:46

Həkimlər Klinikalar SEO Xidməti

"Yeni standart qida məhsullarının keyfiyyətinin yüksəldilməsinə xidmət edəcək"

Ölkədə ISO 22000:2018 beynəlxalq standartının yeni versiyası əsasında AZS ISO 22000:2022 “Qida təhlükəsizliyi idarəetmə sistemləri - Qida zəncirində iştirak edən bütün təşkilatlara tələblər” dövlət standartı qəbul edilib.

İqtisadiyyat Nazirliyindən AYNA-ya bildirilib ki, “Keyfiyyət Assosiasiyası” İctimai Birliyinin dəstəyi ilə hazırlanan standart layihəsi Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin tabeliyində olan “Azərbaycan Standartlaşdırma İnstitutu” publik hüquqi şəxs tərəfindən təsdiqlənərək Standartlaşdırma üzrə normativ sənədlərin Dövlət Fonduna daxil edilib. Standartın tətbiqi ölkədə qida məhsullarının təhlükəsizliyinin və keyfiyyətinin idarə edilməsi və bu sahə üzrə qida zəncirində iştirak edən təşkilatların fəaliyyətinin beynəlxalq tələblərə uyğunlaşdırılmasına, həmçinin qida məhsullarının keyfiyyətinin yüksəldilməsinə xidmət edəcək.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş