QHT Agentliyi kiçik, orta və böyük qrant müsabiqələri elan edib

Xəbərlər

25.11.2024 - 12:51

Həkimlər Klinikalar SEO Xidməti

Qrant müsabiqəsi üçün müraciət isə dekabrın 25-də yekunlaşacaq

Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyi 2025-ci il üzrə kiçik, orta və böyük qrant müsabiqələri elan edib.

AYNA xəbər verir ki, hər 3 müsabiqə üzrə QHT-lərin layihə təkliflərinə dair sənədlərin qəbuluna 2024-cü il noyabrın 25-də başlanılıb.

Qrant müsabiqəsi üçün müraciət isə dekabrın 25-də yekunlaşacaq.

Bundan sonra QHT-lərdən toplanmış layihə təkliflərinə dair sənədlərin ekspertizası aparılacaq, layihələr təhlil ediləcək və qaliblər müəyyənləşdiriləcək. Müsabiqənin nəticələri 2025-ci ilin birinci rübü ərzində elan olunacaq.

Müsabiqə barədə linkə keçid edərək daha ətraflı məlumat almaq mümkündür.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş