Anklavda ərzaqla bağlı vəziyyət son 19 ayın ən pisidir
Qəzza zolağında yardım paylama mərkəzlərində və bazarlarında ərzaq ehtiyatları tükənib. AYNA.AZ xarici mediaya istinadən bildirir ki, bu barədə Fələstin Qızıl Aypara Cəmiyyətinin məlumatında qeyd olunub.
Bildirilib ki, anklavda ərzaqla bağlı vəziyyət son 19 ayın ən pisidir.
“Bir milyondan çox qaçqın və köçkün minimum gündəlik ərzaq ehtiyaclarını belə ödəyə bilmir. Əhali demək olar ki, aclıq astanasındadır”, məlumatda vurğulanıb.