“Qəzzada əməliyyat həftələr, hətta aylar çəkə bilər”

Dünya

06.12.2023 - 11:14

Aleksandr Ben Zvi: “Hər şey hərbi uğurdan asılıdır”

“İsrail Müdafiə Qüvvələrinin Qəzzada hərbi əməliyyatları həftələr, bəlkə də aylar çəkə bilər”. AYNA TASS-a istinadən bildirir ki, bu sözləri İsrailin Rusiyadakı səfiri Aleksandr Ben Zvi deyib.

Diplomat qeyd edib ki, məqsədlərə nail olmaq üçün həftələr, hətta aylar lazım ola bilər: “Hər şey hərbi uğurdan asılıdır. Mən bu məsələlərlə bağlı artıq şərh verə bilmərəm”.

Qeyd edək ki, İsrailin Baş naziri Benyamin Netanyahu Qəzza zolağının demilitarizasiyasında beynəlxalq iştirakın mümkünlüyünü rədd edərək, bunu yalnız Müdafiə Qüvvələrinin təmin edə biləcəyini bildirib. Dövlət başçısı vurğulayıb ki, heç bir beynəlxalq qüvvə buna görə məsuliyyət daşıya bilməz.

Müəllif: Ayna.az