Qeyri-sabit hava nə vaxtadək davam edəcək?

Xəbərlər

02.05.2023 - 12:51

cedabet dərman SEO Xidməti

Yağıntılı hava şəraitinin mayın 4-ü axşamadək davam edəcəyi gözlənilir

Şimal-qərb küləyi arabir Balakən, Naftalanda 20 m/s, Ağdamda 18 m/s, Sabirabadda 17 m/s, Naxçıvan, Bərdədə 16 m/s, Bakıda və Abşeron yarımadasında 22 m/s-dək güclənib, Neft Daşları Stansiyasının məlumatına əsasən dalğanın hündürlüyü 3.2 metrə çatıb. AYNA xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidmətindən bildirilib.

Qeyd edilib ki, havanın minimal temperaturu Bakıda və Abşeron yarımadasında 13-15° isti, Naxçıvanda 7-12° isti, dağlıq rayonlarda 3-7° isti, yüksək dağlıq ərazilərdə 3°-dək şaxta, aran rayonlarında 11-14° isti olub.

Ölkə ərazisində müşahidə olunan qeyri-sabit, yağıntılı hava şəraitinin mayın 4-ü axşamadək davam edəcəyi gözlənilir. Bəzi yerlərdə yağıntıların leysan xarakterli intensiv olacağı, şimşək çaxacağı, dolu düşəcəyi, yüksək dağlıq ərazilərdə qar yağacağı ehtimalı var.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş