Prezident qanunu imzalayıb
“Azərbaycan Respublikası Hökuməti ilə Qətər Dövləti Hökuməti arasında ümumvətəndaş pasportlarına malik şəxslərin viza tələbindən azad edilməsi haqqında” Saziş təsdiqlənib.
AYNA xəbər verir ki, bununla bağlı qanunu Prezident İlham Əliyev imzalayıb.
Qeyd edək ki, Saziş 2021-ci il oktyabrın 18-də Bakı şəhərində imzalanıb.