Qətər Əmiri Prezident İlham Əliyevi təbrik edib

Siyasət

01.06.2023 - 19:32

Qətər Əmiri: "Azərbaycan xalqına rifah və tərəqqi arzulayıram"

Qətər Dövlətinin Əmiri Şeyx Təmim bin Həməd Al Tani Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə təbrik məktubu ünvanlayıb.

AYNA-nın məlumatına görə, mətndə deyilir:

"Zati-aliləri!

Ölkənizin Müstəqillik Günü münasibətilə Sizə və qardaş Azərbaycan xalqına Qətər Dövlətinin xalqı adından və şəxsən öz adımdan səmimi salamlarımı və təbriklərimi çatdırıram.

Zati-alinizə möhkəm cansağlığı və firavanlıq, Azərbaycan xalqına rifah və tərəqqi arzulayır, ölkələrimiz arasında mövcud səmimi münasibətlərin gələcək illərdə daha da möhkəmlənməsini diləyirik".

Müəllif: Ayna.az