XİN-dən dünənki təxribatla bağlı <font color=red> AÇIQLAMA</font>

Siyasət

04.10.2019 - 09:40

Həkimlər Klinikalar SEO Xidməti

Azərbaycan Xarici İşlər Nazirliyi ötən gün “Düdelanj” - “Qarabağ” oyununda baş verən erməni təxribatını araşdırır

AYNA xəbər verir ki, bu barədə nazirliyin mətbuat katibi Leyla Abdullayeva tvitter səhifəsində yazıb. O bildirib ki, bu məsələ Lüksemburqda akkreditə olunmuş səfirə tapşırılıb: 

“Səfirə bu ölkənin Xarici İşlər Nazirliyi ilə əlaqə yaratmaq, təxribatlara cavabdeh şəxsləri tapmaq və bu məsələdə məsuliyyət daşıyacaqlarına əmin olmaqla bağlı tapşırıq verilib”.

Xatırladaq ki, ötən gün Lüksemburqdakı “Jozi Bartel” stadionunda UEFA Avropa Liqasının 2019-2020-ci il mövsümünün qrup mərhələsinin ikinci turu çərçivəsində keçirilən oyunda Qondarma Dağlıq Qarabağın “bayrağı”nın dronla stadiona salınmasına cəhd edilib. 

 

 
Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş