Məmmədyarovla erməni həmkarının görüşü 3 saat yarımdan çox davam edib

Siyasət

05.12.2019 - 04:46

Azərbaycan və Ermənistan XİN başçılarının görüşü olub

 

Azərbaycan və Ermənistan Xarici İşlər nazirlərinin ATƏT-in Minsk Qrupunun həmsədrlərinin vasitəçiliyi ilə, ATƏT Nazirlərinin Bratislavada keçirilən iclası çərçivəsində baş tutan və 3 saat yarımdan çox davam edən görüşü zamanı tərəflər geniş müzakirələr aparıblar. 

 

Azərbaycan Xarici İşlər Nazirliyinin Mətbuat xidmətindən AYNA-ya verilən məlumata görə, tərəflər münaqişənin həlli ilə bağlı mövcud vəziyyəti və onun gələcəkdə sülh yolu ilə həlli istiqamətləri ətrafında müzakirələr aparıb. 

 

Eyni zamanda nazirlər danışıqların davam etdirilməsi və gələn ilin əvvəllərində növbəti görüşün keçirilməsi ilə bağlı razılığa gəliblər.

Müəllif: Ayna.az