Bu gün Azərbaycanda bələdiyyə seçkiləri keçirilir

Siyasət

23.12.2019 - 07:32

Seçkilərdə 13 siyasi partiya iştirak edir

 

Bu gün Azərbaycanda bütün seçki məntəqələrində bələdiyyə seçkiləri keçirilir.

 

AYNA xəbər verir ki, 118 seçki dairəsi üzrə 1606 bələdiyyəyə 15 min 156 üzv seçilməlidir.

 

Seçkilərdə 13 siyasi partiya iştirak edir, 41800-dək namizəd qeydiyyata alınıb.

 

Səsvermə prosesini izləmək üçün 1000 məntəqədə veb-kameralar quraşdırılıb. Seçkiləri izləmək üçün 60 minə yaxın müşahidəçi qeydə alınıb.

 

Səsvermə saat 19:00-da yekunlaşacaq.

 

Qeyd edək ki, Azərbaycanda sonuncu bələdiyyə seçkiləri 2014-cü il dekabrın 23-də keçirilib.

Müəllif: Ayna.az

Ramanada faciə

Dünən, 17:26 Hadisə