Milli Şuranın mitinqinə icazə verilib

Siyasət

26.09.2019 - 17:33

Bununla bağlı təşkilatçılar məlumatlandırılıb

 

Bakı Şəhər İcra Hakimiyyəti (BŞİH) Milli Şuranın sentyabrın 28-nə təyin etdiyi mitinqlə bağlı müraciətinə cavab verib. AYNA APA-ya istinadən xəbər verir ki, BŞİH-də müraciətə baxılıb və müsbət cavab verilib.

 

Qərara əsasən, mitinqin Lökbatan qəsəbəsi, 28 may küçəsi, Neftçi idman klubunun Qaradağ təlim idman bazasında keçirilməsinə razılıq verilib. Bununla bağlı təşkilatçılar məlumatlandırılıb.

Müəllif: Ayna.az