Azərbaycan Prezidenti 3 ölkədən olan həmkarlarına məktub ünvanlayıb

Siyasət

31.08.2019 - 17:20

Məktublarda dövlət başçıları ölkələrinin milli bayramları münasibətilə təbrik edilir

 

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Özbəkistan Respublikasının Prezidenti Şavkat Mirziyoyevə, Slovakiya Respublikasının Prezidenti Zuzana Çaputovaya və Vyetnam Sosialist Respublikasının Prezidenti Nquyen Fu Çonqa təbrik məktubu ünvanlayıb.

 

Məktublarda Özbəkistan və Vyetnam prezidentləri ölkələrinin milli bayramları – Müstəqillik Günü, Slovakiya rəhbəri isə ölkəsinin milli bayramı – Konstitusiya Günü münasibətilə təbrik edilir.

Müəllif: Ayna.az