Azərbaycan və Ermənistan nazirlərinin görüşü keçirilir

Siyasət

29.01.2020 - 14:45

XİN başçıları Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həllini müzakirə edəcəklər

 

Cenevrədə Azərbaycanın Xarici İşlər naziri Elmar Məmmədyarov ilə Ermənistanın Xarici İşlər naziri Zöhrab Mnatsakanyan arasında görüş başlayıb. AYNA xəbər verir ki, bu barədə Azərbaycan Xarici İşlər Nazirliyinin (XİN) Mətbuat xidməti idarəsinin rəisi Leyla Abdullayeva öz “Twitter” səhifəsində məlumat paylaşıb.

 

Görüşdə ATƏT-in Minsk qrupunun həmsədrləri İqor Popov (Rusiya), Stefan Viskonti (Fransa), Endryu Şoffer (ABŞ) və ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsi Anjey Kaspşik iştirak edirlər. XİN başçıları Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həllini müzakirə edəcəklər.

 

Qeyd edək ki, dünən E.Məmmədyarov da ATƏT-in Minsk Qrupunun həmsədrləri ilə görüşüb.

Müəllif: Ayna.az