Azərbaycan və Gürcüstan arasında gediş-gəliş 10 gün müddətinə məhdudlaşdırılıb
Azərbaycan Respublikasının Gürcüstandakı səfirliyində "qaynar xətt" yaradılıb.
AYNA xəbər verir ki, bu barədə səfirlikdən bildirilib.
"Qaynar xətt" (+995 577 06 50 50) vasitəsilə Gürcüstanda səfərdə olan Azərbaycan vətəndaşlarının mümkün müraciətlərinin operativ şəkildə cavablandırılması təmin olunacaq.
Qeyd edək ki, martın 14-dən etibarən Azərbaycan və Gürcüstan arasında gediş-gəliş 10 gün müddətinə məhdudlaşdırılıb. Hər iki tərəf vətənə dönmək istəyən vətəndaşların qayıtmasını təmin edir.