Qələbə məğlubiyyətə yaxınlaşır

Siyasət

14.09.2019 - 13:22

“Vəziyyət pisləşməkdə davam edəcək, iqtisadiyyat durğunlaşacaq, həyat səviyyəsi aşağı düşəcək, əhalinin pessimizmi , yeniləmə tələbi artacaqdır"

 

Rusiyanın 85 qurumunda seçkilər keçirilib. 16 qubernator seçilib, lakin əksəriyyəti müvafiq qanunverici məclisin deputatlarıdı.

 

2014-cü ildəki əvvəlki seçkilərlə müqayisədə Vahid Rusiya partiyası (VR) itki verdi. Harada çox məna, harada isə o dərəcədə məna kəsb etmir. Yalnız Tatarıstanda bu artım daha çox gözə çarpırdı.

 

Uzaq Şərq bu dəfə bir müxalifət və etiraz bölgəsi olaraq özünü göstərdi. Keçən il oradakı dörd rayonda heç bir iqtidar namizədi qubernator seçilmədi. Bu dəfə isə Xabarovsk vilayətində Jirinovskinin partiyasının namizədi qalib gəldi. Regional parlamentdə VR 36 yerdən 30-na sahib idi, indi isə onun yalnız iki deputatı var.

 

Sevastopolda VR-nın ciddi itkilərini xüsusilə qeyd edirik. Şəhər qanunverici orqanında VR 24 mandatdan 21-nə sahib idi, baxmayaraq ki, bu əksəriyyət daxili çəkişmələr nəticəsində dağılmışdı. İndi isə partiya 8 mandatını itirdi və indi yalnız 14 deputata sahibdir.

 

Əsas diqqət Moskva və Sankt-Peterburqdakı seçkilərə yönəldilmişdir. Hakim partiyanın uzun müddət sınaqdan keçirdiyi fəallığın azaldılması texnologiyası bu dəfə uğursuz oldu, üstəgəl bu uğursuzluq iki paytaxtda özünü göstərdi.

 

Şimalda fəallıq, təxminən 20% təşkil edirdi. İlk turda yalnız 64% nəticə ilə Alexander Beqlovun qubernator seçilməsinə nail olmaq mümkün olsa da, qanunverici məclisdəki seçkilərdəki nəticələr o qədər təəccüblü idi ki, seçki komissiyaları MSK səsvermə sisteminə göstəriciləri daxil etmək istəmirdilər. Bir neçə bələdiyyə məclisində müxalifətin çoxluq qazandığı açıq-aşkar bəlli idir ki, bu da büdcə üzərində VR -nın nəzarətini itirmək anlamını verirdi.

 

Moskvada vəziyyət daha çox mübahisəli olduğu məlum oldu. Müxalifət namizədlərinin yolverilməzliyi səbəbindən mitinqlər və nümayişlər keçirildi. Müxalifət liderləri inzibati həbslərə məruz qaldı. İnsanları heç bir səbəb olmadan qorxudurdular, bəzilərinə isə  etirazlarda iştirak etdikləri üçün həbs cəzası verdilər.

 

Paytaxt hakimiyyəti ümid edirdi ki, fəallığın az olması və bəzi müxalifət liderlərinin buna çağırışı onun istədiyi nəticəni əldə etməsinə kömək edəcək. Hər şey isə əksinə baş verdi. Hökümətə qarşı çıxanlar və buna müvafiq olaraq səs verənlər də var idi. Digər şəhərlərdən və xüsusən Sankt-Peterburqdan fərqli olaraq, Moskvada seçki məntəqələrində kifayət qədər müxalif müşahidəçi var idi və onların nəzarəti hakimiyyətin fırıldaqçılıq və saxtalaşdırma etməsinin qarşısını aldı.

 

Bu isə nəticələrə təsir etdi. VR fraksiyası 45 deputatda 28- i ilə ibarət , “Mənim Moskvam” birliyinin 10 nümayəndəsi ilə birlikdə inamlı bir çoxluq təşkil etdi. İndi partiya və meriya namizədləri birlikdə təxminən 25 mandata sahibdirlər.

 

Moskva Şəhər Dumasının nisbi imkanlarına baxmayaraq, müzakirə üçün bir səbəbə çevrilir. İlk və olduqca gərgin bir büdcə olacağını vəd edir. İki həftə sonra büdcə qətnaməsini təsdiqləmək lazımdır və bu şəhərin meryası və Sergey Sobyan üçün kəskin baş ağrısına çevrilir.

 

Əvvəllər çox əhəmiyyət kəsb etməyən Rusiyadakı yerli səsvermədən hansı nəticələrə gəlmək olar.

 

Əvvəla,  Prezident Administrasiyasından bir vəzifə təyin etdikdə və nəzarət fiqurları yetişdirdikdə, siyasi texnologiya quruluşu uğursuzluğa düçar olmağa başlayır. Bölgə rəhbərliyi müzakirəsiz və irad bildirmədən cavab verməlidir. Xüsusi şərtlər və yerli problemlərlə bağlı məsələlər qəbul edilmir.

 

Keçmiş seçkilərdəki dörd Uzaq Şərq bölgəsindəki və ərazilərdəki problemləri nəzərə alaraq mərkəz səhvləri nəzərə alıb yenilərinin qarşısını almağı qarşılarına məqsəd qoymuşdu. Xabarovsk nəticəsi göstərir ki, regional rəhbərlik vəziyyətə nəzarəti, qismən də olsa, itirmişdir.

 

Kreml əllə idarə olunma məsələsini düşünməyə davam edir və hətta bu seçkilərdə qənaətbəxş nəticələr əldə etdiyinə inanır. Əslində isə bu, əsaslı şəkildə  səhvdir. Paytaxtdakı seçkilər yalnız etiraz əhval-ruhiyyəsinin artmasını deyil, inkişafın yeni bir keyfiyyətə çatdığını göstərdi.

 

İkincisi isə paytaxtdakı müxalifət bütün parçalanmaları ilə tərəfdarlarını səfərbər etmək və istədiyi nöqteyi-nəzəri seçiciyə çatdırmaq üçün əla imkanlar göstərdi.

 

Aleksey Navalnının ağıllı səsverməyə adlandırılan çağırışı rezonans doğurdu. Əsas diqqəti isə VR-nın dəstəklədiyi birinə deyil, bəyəndiyi istənilən namizədə səs vermək idi. Əgər ətrafda bu baş verməyibsə, hakimiyyətdən deyil, istənilən birinə səs verin.

 

Üçüncüsü isə hakimiyyətin, xüsusən Navalnı ilə əlaqəli hərəkətlərinin cəza xarakteri, onun və digər müxalifət liderlərinin davamlı inzibati həbsləri güclü etiraza və müvafiq səsverməyə səbəb oldu. Navalnının müxalifətin liderinə çevrildiyi indidən bəllidir və öz ifrat hərəkətləri ilə iqtidar yalnız buna töhfə verir.

 

Dördüncüsü isə hakimiyyətin əsəbiliyi bir neçə azad media qurumuna icazəsiz mitinqlərin təşkili ilə bağlı cəhdlərdə özünü göstərir. “Dojd” TV kanalının baş direktoru Nataliya Sindiyeva İstintaq Komitəsinə çağrıldı. Fakt budur ki, kanal mitinqlər və yürüşlər zamanı araşdırmaçıların iğtişaş çağırışı kimi qiymətləndirməyə çalışdıqları bu hadisələrdən canlı yayımlar təqdim edirdi.

 

Ümumiyyətlə, vəziyyət daha da kəskinləşirdi. Buryatiya Respublikasının paytaxtı Ulan-Ude şəhərində icazəsiz mitinq keçirilir, burada respublikanın dövlət himni səsləndirilir və siyasi tələblər dinlənilirdi. İştirakçılar Kommunist Partiyasından senator Vyaçeslav Markhaevi (36.58%) səsvermə nəticələrini keçərək, Vahid Rusiya Qubernatorunun dəstəyi ilə 52.52% səs toplayaraq Ulan-Ude şəhərinin merinin ləğv edilməsini tələb edirdilər.

 

“Baykal-Daily” - nin verdiyi məlumata görə, mitinqə qatılan Marxayevin özü seçkini "saxtakar və fırıldaq" adlandırdı. Ondan əlavə meydanda Kommunist Partiyasından Xalq Məclisinin deputatı Bair Çırenov da var idi. İştirakçılar bölgə rəhbəri Aleksey Çıdenovla görüş tələb edirdilər, lakin siyasətçi meydanda görünmədi ki görünmədi.

 

Söhbət təhlükəsizlik qüvvələrinin Buryatiya paytaxtındakı mitinqi dağıtmasından belər getmir. Nə qədər dağıtsalar belə, etirazlar bir o qədər də güclü səslənəcək və müxalifət birləşəcək.

 

Hökumət üçün ən böyük təhlükə məhz onun əleyhdarlarının seçki imkanlarıdır. Siyasi analitik Abbas Qallamovun qeyd etdiyi kimi: “Vəziyyət pisləşməkdə davam edəcək, iqtisadiyyat durğunlaşacaq, həyat səviyyəsi aşağı düşəcək, əhalinin pessimizmi , yeniləmə tələbi artacaqdır. Etiraz getdikcə anti-sistem xarakter almağa başlayır. Moskvalılar, məsələn, hakimiyyətin acığına istənilən şəxsa səs verməyə hazırdırlar. Bu vəziyyətdə namizədliyini irəli sürmə mexanizmlərinə nəzarət hökuməti seçicilərin narazılığından qurtararaq, panaseya (yalançı kimyagərlərdə: guya bütün xəstəlikləri sağaldan dərman) olmağa davam edir. Bu davranış nümunəsi artıq daha dərinə nüfuz etməyə başlayacaq".

 

Dövlət Dumasına seçkilər yaxınlaşır və ümumiyyətlə, hakimiyyətin müxalifət namizədlərinin seçkilərə mane olmasına, saxtalaşdırılmasına  qarşı kobud hərəkətlər istisna olmaqla, prosesi idarə etmək mexanizmi yoxdur.

 

Daha bir problem mövcuddur. Kommunist Partiyası şəklində sistemli müxalifət, Ədalətli Rusiya və Liberal Demokrat Partiyası iqtidarın yanında idi, şaquli xətt isə öz gücünü göstərdi. İndi isə  ilk növbədə böyük şəhər və paytaxtlarda seçki bazasının eroziyası bəllidir və sistemli müxalifət özünü hakimiyyətdən uzaqlaşdırmağa başlayacaq.

 

Sistemli və sistemsiz müxalifətin hətta müvəqqəti, lakin birgə hərəkətləri prosesi qaçılmazdır. Bu çox yaxın gələcəkdə Kreml üçün yaxşı nəticə verməyə bilər.

 

Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov bəyan edibi: “Ümumiyyətlə, Rusiyadakı son seçki kampaniyası Vahid Rusiya partiyası üçün çox uğurlu oldu”. Başqa sözlə desək, AP qazandığını hesab edir. Ola bilər ki o, bu cür uğurlarla məğlubiyyətini daha da yaxınlaşdırır?

 

Yuri Rayhel

Müəllif: Ayna.az