Elmar Məmmədyarov Avropa İttifaqının xüsusi nümayəndəsini qəbul edib

Siyasət

31.10.2019 - 09:32

Elmar Məmmədyarov Toivo Klaar ilə bir sıra məsələləri müzakirə edib 

 

Xarici İşlər naziri Elmar Məmmədyarov Avropa ittifaqının Cənubi Qafqaz və Gürcüstanda böhranı üzrə xüsusi nümayəndəsi Toivo Klaar ilə görüşüb.

 

Xarici İşlər Nazirliyindən AYNA-ya verilən məlumata görə,  T.Klaar Azərbaycanın Qoşulmama Hərəkatının Zirvə görüşünə yüksək səviyyədə ev sahibliyi etdiyi üçün təbrik edib.

 

Nazir Elmar Məmmədyarov Qoşulmama Hərəkatının 18-ci Bakı Zirvəsinin yekun sənədində Ermənistan-Azərbaycan münaqişəsinin həlli ilə bağlı qəbul edilmiş müddəanın əhəmiyyətini vurğulayaraq, münaqişənin Azərbaycanın ərazi bütövlüyü və beynəlxalq tanınmış sərhədlərinin toxunulmazlığı əsasında həllinin və Azərbaycan ərazilərinin işğalı nəticəsində yaranmış vəziyyətin qanuniliyinin tanınmaması və iqtisadi fəaliyyət də daxil olmaqla bu vəziyyətin saxlanılmasına hər hansı dəstəyin göstərilməməsi mövqeyinin 120 dövlət, yəni beynəlxalq ictimaiyyətin üçdə ikisi tərəfindən dəstəkləndiyini qeyd etdi.

 

Nazir Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həlli prosesinin hazırkı durumu barədə qarşı tərəfə məlumat verib. Münaqişənin beynəlxalq ictimaiyyətin tələbinə uyğun olaraq, Azərbaycanın beynəlxalq tanınmış sərhədləri çərçivəsində ərazi bütövlüyü əsasında həll edilməsinin vacibliyini qeyd edildi.

 

Tərəflər, həmçinin qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında müzakirələr aparıb.

 

Müəllif: Ayna.az