Türkiyənin Suriyadakı əməliyyatları ilə bağlı ehtimallar artır - <font color=red> “Faciəvi sonluq baş verə bilər”</font>

Siyasət

08.10.2019 - 13:16

"Bu müharibədə ABŞ-ın məqsədi PYD xətti ilə Türkiyəni məğlub etməkdir"

 

Bir neçə gün öncə, Türkiyə Silahlı Qüvvələri Suriyanın şimalını YPG və PKK-dan təmizləmək üçün Türkiyə Cümhuriyyəti tarixinin ən böyük hərbi əməliyyatlarına başlayacağını bəyan etmişdi. Məlumatda qeyd olunurdu ki, əməliyyatlara 85 minlik qüvvə, 200-dək müxtəlif təyinatlı aviasiyasa qüvvələri cəlb ediləcək. Bu əməliyyatların Kipr Sülh Hərəkatından iki, Fərat Qalxanı əməliyyatından isə dörd dəfə böyük olacağı qeyd olunmuşdu.

 

"Hazırlıqlar etdik, fəaliyyət planlarını həyata keçirdik, lazımi tapşırıqları verdik. Bəlkə bu gün və ya sabah belə bir qərarla əməliyyat reallaşa bilər. Bu əməliyyatı həm quruda, həm də havada həyata keçirəcəyik.”-deyə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan vurğulamışdı.

Картинки по запросу Ərdoğan

Türkiyə Prezidenti, eyni zamanda kürdləri dəstəkləyən ABŞ-ın, onları terror təşkilatı olaraq tanıdıqları sualına cavab verməli olduqlarını bildirmişdi: “Türkiyə artıq vədlərlə doludur və uzun müddətdir bu davam edir. ABŞ-la Suriyada ortaq quru və hava patrulları aparmaq fikrinin təhlükəsizlik zonası yaratmaq planının icrasını təxirə saldığını başa düşürük. Fəratın şərqinə sülh gətirmək istəyirik”. 

 

Dünən isə Suriyada baş tutan hərbi əməliyyatlarla əlaqədar olaraq ABŞ Prezidenti Donald Tramp Türkiyə iqtisadiyyatını məhv edəcəyini bildirib və Türkiyəni təhdid edib. Tramp həm də bildirib ki, ABŞ-ın Suriyadakı hərbi bazalarında Ərdoğana heç bir dəstək verməyəcəklər.

 

Maraqlıdır, ABŞ-ın təhdidlərindən sonra Türkiyə hansı addımları atacaq? Bu təhdidlər Türkiyənin hərbi əməliyyatlar keçirməsinə mane olacaqmı? Yaxud, Türkiyə Cümhuriyyəti hər şeyə rəğmən sözügedən əməliyyatlara başlayıb, istəyinə nail ola biləcəkmi? Suallarımızı beynəlxalq məsələlər üzrə ekspert Əziz Əlibəyli cavablandırdı.

Aziz Alibeyli adlı şəxsin şəkli.

Ə.Əlibəyli AYNA-ya açıqlamasında bildirdi ki, bu məslədə Türkiyə tərəfi ilə ABŞ razılıq əldə edib: “Əslində bəyanatın təkcə o qismini “Türkiyə iqtisadiyyatını məhv edərəm” hallandırmaq və ümumi fikirdə ABŞ-ın əməliyyatlara qarşı olması yanaşmasını yaratmaq doğru fikir deyil. Çünki bazarlıq bitəndən sonra Trampın bu formada fikir səsləndirməsi bölgəyə istiqamətlənən mesajlardan başqa heç bir xarakter daşımır. Eyni bəyanatda ABŞ rəhbəri Türkiyənin İŞİD-lə bağlı qaydalarına toxunub və dəstəkdən danışıb. Həm də kürd tərəfində (PKK və tərəfdarları) 3 il ərzində verdiyi dəstəkdən danışıraq, Türkiyənin qarşısında ən böyük mane olduğunu etiraf edib”.

 

Ekspertin fikrincə, sözügedən əməliyyat mütləq baş tutacaq: “Türkiyə Şimali Suriyadan Şimali İraqa gedən PKK terrorçularının əsas qida yolunu ələ keçirməyi hədəfə alıb. Ərazinin idarəetməsi isə Şimali Suriya Muxtar Vilayətinin əlindədir, hərbi güclər də Suriya Demokrtaik Qüvvələri (SDQ) tərəfindən idarə olunur. Lakin siyasi güc YPG-yə məxsusdur. Onlar isə müttəfiqləri PKK və PYD ilə hərəkət edir”.

 

Ə.Əlibəyli İŞİD-KÜRD müharibəsinə də toxundu: “Suriyada müharibə başlayanda dövlət burdan öz qoşunlarını çəkdi. İŞİD-in bütün bölgəni ələ aldığı 2014-cü ildə, ABŞ bölgəyə ordu yeritdi. 2016-cı ilə qədər bütün Türkiyənin İraq və Suriya sərhəddi boyunca kürd dövləti inşa edilməyə başlasa da, “Fərat Qalxanı” ilə Türkiyə o zənciri qırmağı bacardı. İndi Türkiyə 4 milyona yaxın qaçqını azad edəcəyi 30 kilometrlik ərazidə yerləşdirmək istəyir. Lakin bu ərazidə PYD-yə 30 min TIR silah vermiş ABŞ əsgəri dayanır. Tramp isə əsgərlərini bölgədən o şərtlə çəkir ki, bundan sonra İŞİD-lə potensial mübarizəni Türkiyə aparsın”.

Картинки по запросу Tramp

“Rusiya və İran Suriyanın ərazi bütövlüyü çərçivəsində Türkiyəyə münasibət bildirdi, BMT-də nəticələrdən çəkinir. Avropa İttifqaı (Aİ) isə Türkiyənin yanında olduğunu, amma problemin həllinin hərbi yolla mümkün olmadığını deyir. Ümumiyyətlə, peşəkar türk ordusu üçün tarixinin ən böyük əməliyyatını uğurla başa vurması üçün diplomatik zəmin də yaradılıb və qısa müddətdə əmr veriləcəyi artıq reallaşıb”, - deyə müsahibimiz vurğuladı.

 

Ə.Əlibəyli bu məsələdə böyük bir qorxunun olduğunu da diqqətə çatdırdı: “ABŞ YPG üçün 70 minlik döyüşkən ordu hazırlayıb, ən son model silahlarla təmin edib, üstəgəl, ərazi hazırlığı olduqca yüksək səviyyədə həyata keçirilib. Bu müharibədə ABŞ-ın məqsədi PYD xətti ilə Türkiyəni məğlub etməkdir. Əməliyyat uzanarsa, Türkiyə üçün faciəvi sonluq baş verə bilər. Çünki PYD tərəfi tarxinin ən optimal şansını itirməmək üçün son döyüşə hazırlaşır. ABŞ və Qərb də onların yanında yer alıb. Bölgənin Türkiyənin əlinə keçməsini istəməyən digər ərəb ölkələri, İran və Rusiya da var. Əgər bir ay ərzində bu əməliyyatlarda gözə dəyər uğurlar qazanılmazsa, müharibənin gedişinə İŞİD, PKK, ASO, Suriya qoşunları, şiə briqadaları da daxil olacaq. Bu ehtimallar güman ki, türk komandanlığı tərəfindən maksimum nəzərə alınıb”.

Müəllif: Mərahim Nəsib