Rusiya Təhlükəsizlik Şurasının katibi Azərbaycana gəlir

Siyasət

03.09.2019 - 12:34

Səfər zamanı Rusiya ilə Azərbaycan arasında təhlükəsizlik üzrə məsləhətləşmələr aparılacaq

 

Rusiya Təhlükəsizlik Şurasının (TŞ) katibi Nikolay Patruşev sentyabrın 4-də Azərbaycana səfərə gələcək. AYNA xəbər verir ki, bu barədə Rusiya mətbuatı məlumat yayıb.

 

Məlumata görə, səfər zamanı Rusiya ilə Azərbaycan arasında təhlükəsizlik üzrə məsləhətləşmələr aparılacaq. Patruşev Bakıda Azərbaycan Təhlükəsizlik Şurasının katibi Ramil Usubov, həmçinin bir sıra nazirlik və idarələrinin nümayəndələri ilə görüşəcək.

 

Xatırladaq ki, cari il iyunun 18-də Azərbaycan Respublikası Prezidenti Administrasiyasının rəhbəri Ramiz Mehdiyev ilə Rusiya Federasiyası Təhlükəsizlik Şurasının katibi Nikolay Patruşev arasında görüş olub. Görüş təhlükəsizlik məsələlərinə nəzarət edən yüksək vəzifəli şəxslərin Rusiyanın Ufa şəhərində keçirilən X beynəlxalq görüşü çərçivəsində baş tutub.

 

Həmin ikitərəfli görüşdə güc və xüsusi xidmət idarələrinin qarşılıqlı fəaliyyəti, eləcə də bu ilin sonunadək təhlükəsizlik sahəsində əməkdaşlıq planı müzakirə olunub.

Müəllif: Ayna.az