“Bəziləri deyir ki, Məzahir Pənahovun yanında Stalin toya getməlidir” - <font color=red> MSK sədri</font>

Siyasət

24.02.2020 - 21:39

Fevralın 9-da Azərbaycanda növbədənkənar parlament seçkiləri keçirilib 

 

“Bəziləri deyir ki, Mərkəzi Seçki Komissiyasında gestapo rejimidir, Məzahir Pənahovun yanında Stalin toya getməlidir. Amma bunun heç bir əsası yoxdur”.

 

AYNA xəbər verir ki, bu fikirləri Mərkəzi Seçki Komissiyasının bu gün keçirilən iclasında qurumun sədri Məzahir Pənahov deyib.

 

Onun sözlərinə görə, bu kimi fikirlər heç də doğru deyil: “Komissiyanın iclasları açıq keçirilir. MSK üzvləri hər kəsə açıqdır və namizədlərlə ünsiyyət qururlar. Həmçinin bizim işçilərlə də münasibətlərimiz çox səmimidir”.

Müəllif: Ayna.az