Oyun “Sabah”ın 3:1 hesablı qələbəsi ilə başa çatıb
Oktyabrın 31-də futbol üzrə Azərbaycan Premyer Liqasında IX turun daha bir oyunu keçirilib.
AYNA xəbər verir ki, əyalət təmsilçisi “Qəbələ” komandası doğma meydanda “Sabah” ilə qarşılaşıb.
Qəbələ şəhər stadionunda oynanılan qarşılaşma qonaqların 3:1 hesablı qələbəsi ilə başa çatıb.
Beləliklə, ölkə çempionatının cari mövsümündə ardıcıl ikinci qələbəsini qazanan “Sabah” 7 xalla sonuncu pillədə qərarlaşıb. Aktivində 15 xal olan “Qəbələ” isə üçüncü sıradakı mövqeyini qoruyub.