Qayda pozan sürücülər cərimələniblər

Xəbərlər

22.10.2023 - 17:49

cedabet dərman SEO Xidməti

Sürücülər barəsində qanunvericiliyə uyğun tədbirlər görülüb

Yol hərəkəti təhlükəsizliyinin təmin edilməsi, baş verə biləcək qəza hadisələrinin qarşısının alınması məqsədilə Lerikdə dövlət yol polisi əməkdaşları tərəfindən profilaktiki nəzarət tədbirləri həyata keçirilib.

Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətinin Lənkəran regional qrupundan AYNA-ya verilən məlumata görə, Lerik Rayon Polis Şöbəsinin Dövlət Yol Polisi Bölməsinin əməkdaşları tərəfindən kobud qayda pozuntularına yol verən, digər hərəkət iştirakçıları üçün təhlükə yaradan sürücülərlə bağlı keçirilən profilaktik tədbirlər zamanı avtomobillərin texniki vəziyyətinə qanunsuz müdaxilə edərək əlavə avadanlıqlar quraşdıran, ötmə və manevr qaydalarını pozan, sürücülük vəsiqəsi olmadan sükan arxasına keçən, yükdaşıma və sərnişindaşıma qaydalarını pozanlar, həmçinin ixrac etdikləri qazların tərkibindəki zərərli maddələrin miqdarı normadan artıq olan avtomobillər aşkarlanıb.

Profilaktik tədbirlər zamanı, həmçinin dayanma-durma qaydalarını pozaraq digər nəqliyyat vasitələrinin və piyadaların hərəkətinə maneə yaradan sürücülər də müəyyən edilərək barələrində qanunvericiliyə uyğun tədbirlər görülüb.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş