Qaxda ikimərtəbəli evdə yanğın olub

Hadisə

22.05.2022 - 11:10

Yanğın mühafizə bölmələri tərəfindən söndürülüb

Qax şəhərində ümumi sahəsi 338 m² (hər mərtəbəsi 169 m²) olan ikimərtəbəli 6 otaq və mansardadan ibarət evin ikinci mərtəbəsində 3 otağın tavanı və mansardasının döşəməsi 60 m² sahədə yanıb. AYNA xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyindən (FHN) bildirilib.

Qeyd olunub ki, evin qalan hissəsi yanğından mühafizə olunub.

Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Müəllif: Ayna.az