Qarşısına uzunqulaq arabası çıxan “Mercedes” aşıb: 11 yaralı var - <font color=red> FOTO</font>

Hadisə

16.08.2020 - 12:58

Həkimlər Klinikalar SEO Xidməti

Yaralılardan ikisinin vəziyyətinin ağır olduğu bildirilib

 

Samuxda yol-nəqliyyat hadisəsi baş verib. AYNA-nın APA-ya istinadən məlumatına görə, “Mercedes” markalı mikroavtobusun aşması nəticəsində 10-a yaxın yaralı xəstəxanaya aparılıb.

 

Rayonun Füzuli kəndindən qeydə alınan qəzaya səbəb, avtobusun qarşısına qəflətən uzunqulaq arabasının çıxması olub. Avtobus arabaya çırpıldıqdan sonra aşıb.

 

Xəsarət alan şəxslərin kimliyi müyyən edilib:

 

1. Məmmədova Aynur Əli qızı - Hacallı kənd sakini

 

2. Əliyeva Nübar Sanil qızı - Hacallı kənd sakini

 

3. Allahverdiyeva Yeganə Çərkəz qızı - Hacallı kənd sakini

 

4. Abdulayeva Nahilə Bakir qızı - Füzuli kənd sakini

 

5. Hüseynova Hüsniyə Sabir qızı - Füzuli kənd sakini

 

6. Məmmədova Sucayyət  Yusif qızı - Hacallı kənd sakini

 

7. Orucov Rəşad Vidadi oğli

 

8. Məhərrəmova Təzəgül Eyvaz qızı - Hacallı kənd sakini

 

9. Quliyeva Şəhla Abbas qızı - Füzuli kənd sakini

 

10. Qurbanova Mehriban Yusif qızı - Hacallı kənd sakini

 

11. Səlimova Ceyran Sabir qızı - Hacallı kənd sakini

 

Yaralılardan ikisinin vəziyyətinin ağır olduğu bildirilib.

 

Hadisə yerinə hüquq-mühafizə orqanlarının əməkdaşları cəlb edilib.

 

Faktla bağlı araşdırma aparılır.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş