Qaraqalpaqstanda komendant saatının müddəti azaldılıb

Dünya

14.07.2022 - 13:59

Həkimlər Klinikalar SEO Xidməti

Özbəkistan Parlamenti komendant saatının müddətinin dörd saat azaldılmasını təsdiqləyib

Özbəkistan Parlamenti Qaraqalpaqstan Muxtar Respublikasında komendant saatının müddətinin dörd saat azaldılmasını təsdiqləyib. AYNA xarici mediaya istinadən bildirir ki, bu barədə qanunverici orqanın aşağı palatası “Telegram” kanalında məlumat yayıb.

Məlumata görə, parlamentin iclasında komendant saatının 21:00-dan 07:00-dək deyil, 23:00-dan 05:00-dək qüvvədə qalması barədə Prezident Şavkat Mirziyoyevin imzaladığı sərəncam təsdiqlənib.

Xatırladaq ki, iyulun 1-də Qaraqalpaqstan respublikasında konstitusiya dəyişikliklərinə qarşı iğtişaşlarla müşayiət olunan etiraz aksiyaları başlayıb. İğtişaşların gedişində 20-yə yaxın insan, o cümlədən 14 mülki şəxs, həmçinin Özbəkistan Silahlı Qüvvələrinin və hüquq-mühafizə orqanlarının dörd əməkdaşı həlak olub. İyulun 3-də bölgədə fövqəladə vəziyyət rejimi və komendant saatı tətbiq olunub.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş