Qaraçuxurda motosikletçi yol qəzasında xəsarət alıb

Xəbərlər

30.06.2024 - 10:56

Həkimlər Klinikalar SEO Xidməti

Motosikletin sürücüsü təcili tibbi yardımın köməkliyi ilə xəstəxanaya çatdırılıb

Bakının Suraxanı rayonunda xəsarətlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

AYNA-nın məlumatına görə, Qaraçuxur qəsəbəsində 2003-cü il təvəllüdlü Aslanov Lətif Elşən oğlu idarə etdiyi motosikletlə hərəkətdə olarkən avtomobillə toqquşub.

Hadisə zamanı xəsarət alan motosikletin sürücüsü təcili tibbi yardımın köməkliyi ilə xəstəxanaya çatdırılıb.

Hadisənin təfərrüatı araşdırılır.

Müəllif: Ayna.az