“Ekoloji İnformasiya” İctimai Birliyi ekoturizm mövzusunda növbəti seminarını Ağdam rayonunda keçirib
Aprelin 19 da Ekoloji İnformasiya İctimai Birliyi Ağdam rayonunda növbəti tədbirini reallaşdırıb. AYNA xəbər verir ki, “Qarabağ İqtisadi Rayonunda ekoturizm imkanlarının araşdırılması, monitorinqi və tövsiyyələrin hazırlanması ” layihəsinin icra planına uyğun olaraq, Ağdam Sosial-İqtisad Kollecində seminar təşkil edilib.
Ekoloji İnformasiya İctimai Birliyinin sədri, layihə rəhbəri Musa Muradlı Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə yardımı ilə həyata keçirilən “Qarabağ İqtisadi Rayonunda ekoturizm imkanlarının araşdırılması ,monitorinqi və tövsiyyələrin hazırlanması” layihəsinin qarşıya qoyduğu məqsəd və vəzifələrdən danışıb. Bildirib ki, işğaldan azad olunandan sonra möhtərəm prezidentimiz İlham Əliyevin qəhbərliyi ilə Qarabağda geniş abadlıq quruculuq işlərinə başlanılıb, ermənilərin vəhşicəsinə yerlə yeksan etdiyi şəhərlər dünyanın ən mütərəqqi memarlıq üslublarına uyğun olaraq yenidən qurulur. Darmadağın edilmiş infrastruktur bərpa olunur, kommunikasiyaların bərpası üçün nəhəng layihələr həyata keçirilir. Bütün bunlar tezliklə Qarabağın inkişaf etmiş bölgələrimizdən birinə çevrilməsi üçün zəmin yaratmış olur. Bu baxımdan da bölgənin turizm imkanları genişlənir. Qarabağın səfalı yerləri, təmiz havası heç şübhəsiz ki, turistlərin arzularına uyğundur. Ona görə də hesab etmək olar ki, bölgədə turizmin gələcəyi üçün nəhəng layihələrin həyata keçiriləcəyi gözləniləndir. Bunun üçün də turizmin təşviqi, kadr hazırlığı kimi məsələlərə önəm verilməli, bölgəyə gələn turistləri qarşılamağa hazır olmalıyıq.
Layihənin eksperti, Ekoloji İnformasiya İctimai Birliyinin sədr müavini, aqrar elmlər üzrə fəlsəfə doktoru, ekoloq Xosrov Musayev turizmin növləri barədə məlumat verib, ekoturizmin üstünlüklərində danışıb. Şuşanın ekoturizm mühitindən bəhs edən ekoloq Xosrov Musayev sıldırım qayalar üzərindən paraşütlə Daşaltı kəndinə uçan ilk turistin olduğunu qeyd edib. Bunun özünü Qarabağın təbiətinə turistlərin sonsuz həvəsi ilə əlaqələndirib. Xosrov Musayev habelə qeyd edib ki, turistlərin bölgəyə səfərləri məşğulluğun təmin olunmasına da böyük təsit göstərəcək. Yeni iş yerlərinin açılmasına səbəb olacaq.