Qarabağın erməni sakinlərinin nümayəndələri ilə görüş başa çatıb

Xəbərlər

21.09.2023 - 13:45

Danışıqlarda Qarabağda yaşayan erməni sakinlərin reinteqrasiyası məsələləri müzakirə olunub

Bu gün Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının dəvəti ilə Yevlax şəhərində Azərbaycanın Qarabağ bölgəsinin erməni sakinlərinin nümayəndələri ilə keçirilən görüş başa çatıb.

AYNA xəbər verir ki, danışıqlarda Qarabağda yaşayan erməni sakinlərin reinteqrasiyası məsələləri müzakirə olunub.

Müəllif: Ayna.az