Qarabağın erməni sakinləri üçün növbəti dəfə yanacaq göndərilib

Xəbərlər

27.09.2023 - 16:07

Yanacaqla dolu avtomobil Ağdam-Əsgəran-Xankəndi yolu ilə Xankəndiyə yola salınıb

Azərbaycan Dövlət Neft Şirkətinə (SOCAR) məxsus yanacaqla dolu daha bir nəqliyyat vasitəsilə Qarabağda yaşayan erməniəsilli sakinlər üçün yanacaq göndərilib.

AYNA-nın “Report”a istinadən verdiyi xəbərə görə, yanacaqla dolu avtomobil sentyabrın 27-də Ağdam-Əsgəran-Xankəndi yolu ilə Xankəndiyə yola salınıb.

Qeyd edək ki, yanacaq sentyabrın 21-də Yevlax şəhərində keçirilən görüşdə erməniəsilli sakinlərin nümayəndələrinin bölgəyə yanacaq verilməsilə bağlı xahişləri nəzərə alınaraq göndərilib.

Bundan öncə də SOCAR-a məxsus yanacaqla dolu dörd nəqliyyat vasitəsilə Qarabağda yaşayan erməniəsilli sakinlər üçün yanacaq göndərilmişdi.

Müəllif: Ayna.az