Qarabağdakı qondarma rejim özünü buraxdı: Şahramanyan “qərar” verib

Xəbərlər

28.09.2023 - 10:53

Qondarma rejimin bütün “qurum” və “təşkilat”larının fəaliyyəti 2024-cü il yanvarın 1-dək dayandırılacaq

Azərbaycanın Qarabağ bölgəsindəki qondarma rejim özünü buraxdığını elan edib. AYNA xəbər verir ki, bu barədə qondarma quruma “rəhbərlik” edən Samvel Şahramanyan “qərar” verib.

“Qərar”a əsasən, qondarma rejimin bütün “qurum” və “təşkilat”larının fəaliyyəti 2024-cü il yanvarın 1-dək dayandırılacaq.

Şahramanyan erməniəsilli sakinlərin gələcəkdə Qarabağda qalmaq mümkünlüyü barədə müstəqil və fərdi qərar qəbul etmək üçün Azərbaycanın təqdim etdiyi reinteqrasiya şərtləri ilə tanış olmalarını istəyib.

Müəllif: Ayna.az