”Qarabağ” “Neftçi”ni məğlub edib

İdman

13.09.2021 - 00:33

Həkimlər Klinikalar SEO Xidməti

Qarşılaşma Ağdam təmsilçisinin 2:1 hesablı qələbəsi ilə yekunlaşıb

Sentyabrın 12-də futbol üzrə Azərbaycan Premyer Liqasında III turun mərkəzi qarşılaşması keçirilib.

AYNA xəbər verir ki, günün və turun son oyununda son çempion "Neftçi" klubu "Qarabağ" komandasını qəbul edib.

"Bakcell Arena"dakı qarşılaşma Ağdam təmsilçisinin 2:1 hesablı qələbəsi ilə yekunlaşıb.

Bu nəticədən sonra xallarının sayını 7-ə çatdıran "Qarabağ" klubu "Qəbələ" ilə birlikdə ilk iki pilləni bölüşür. "Neftçi" isə 4 xalla 5-cidir.

Qeyd edək ki, günün digər matçında "Səbail" evdə "Sumqayıt"ı məğlub edib. Turun digər görüşlərində "Zirə" səfərdə "Keşlə"ni, "Qəbələ" isə "Sabah"ı 2:0 hesabı ilə üstələyib.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş