“Qarabağ” Çempionlar Liqasında mübarizəyə başlayır

İdman

23.07.2024 - 11:02

Həkimlər Klinikalar SEO Xidməti

Görüşü macarıstanlı FIFA referisi İştvan Vad idarə edəcək

Bu gün UEFA Çempionlar Liqasında II təsnifat mərhələsinin ilk oyunlarına start veriləcək.

AYNA xəbər verir ki, son Azərbaycan çempionu “Qarabağ” da turnirdə mübarizəyə başlayacaq.

Qurban Qurbanovun başçılıq etdiyi komanda Cəbəllütariqdə “Linkoln”un qonağı olacaq. “Europa Point” stadionunda keçiriləcək qarşılaşma Bakı vaxtı ilə saat 20:00-da başlayacaq.

Görüşü macarıstanlı FIFA referisi İştvan Vad idarə edəcək.

Qeyd edək ki, komandalar arasında cavab oyunu iyulun 30-da Bakıda olacaq. Bu cütün qalibi III təsnifat mərhələsində “Lüdoqorets” (Bolqarıstan) – “Dinamo” (Minsk, Belarus) duelinin güclüsü ilə qarşılaşacaq.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş