Qadağan olunmuş ov alətləri götürülüb
Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinin əməkdaşları tərəfindən yanvarın 24-dən 30-dək keçirilən növbəti nəzarət tədbirləri zamanı Xəzər dənizinin Sumqayıt şəhəri akvatoriyasında qanunsuz balıq ovlayan şəxs saxlanılıb. Araşdırma zamanı brakonyerin Neftçala rayon sakini Ramin İmanov olduğu müəyyən edilib və ondan istifadəsi qadağan olunmuş ov alətləri götürülüb.
AYNA xəbər verir ki, bu barədə Xidmət rəsmisi Bəhruz Məhəmmədov məlumat verib. B.Məhəmmədov onu da qeyd edib ki, ayrı-ayrı inzibati rayonların ərazisində qanunsuz ov edən Tovuz rayon sakini Aqil Nuruyev, Şabran şəhər sakini Sahib Tahirov, Saatlı rayon sakinləri Vəli Muradov, Fizuli Behbudov və Eldar Qasımov saxlanılıb.
Faktlarla bağlı təqsirkarlar barəsində protokol tərtib olunub və qanunamüvafiq tədbirlər görülüb.