Qanunsuz ov edən şəxs saxlanılıb

Xəbərlər

09.12.2021 - 11:55

Həkimlər Klinikalar SEO Xidməti

7 ədəd çöl quşu, 1 ədəd müvafiq sənədləri olmayan ov tüfəngi götürülüb

Biləsuvar Rayon Polis Şöbəsinin əməkdaşlarının qanunsuz ovun, mülki silahın daşınması qaydalarının pozulması hallarının qarşısının alınması məqsədilə keçirdikləri növbəti tədbirlər nəticəsində Mahmudçala adlanan ərazidə qanunsuz ov edən Biləsuvar rayon sakini Ş.Adışov saxlanılıb.

Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətinin Lənkəran regional qrupundan AYNA-ya verilən məlumata görə, Ş.Adışovdan qanunsuz olaraq ovladığı 7 ədəd çöl quşu, 1 ədəd müvafiq sənədləri olmayan ov tüfəngi, 50 ədəd patron və digər ov alətləri aşkarlanıb. Faktla bağlı araşdırmalar aparılır.

 

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş