Qanunsuz odlu silahlar təhvil verilib

Xəbərlər

18.03.2024 - 16:15

2 tapança, 14 tüfəng, 2 patron darağı və 11 patron aşkar edilərək götürülüb

Martın 16-da və 17-də polis əməkdaşları paytaxt və respublikanın ayrı-ayrı rayonlarında 2 avtomat silahı, 1 tapança, 9 qumbara, 14 tüfəng və müxtəlif çaplı 248 patron təhvil götürüblər. AYNA xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən məlumat verilib.

Qanunsuz saxlanılan odlu silah-sursatın aşkar olunaraq götürülməsi istiqamətində tədbirlər davamlı olaraq həyata keçirilir.

Son iki gündə polis əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri ilə qanunsuz saxlanılan 2 tapança, 14 tüfəng, 2 patron darağı və 11 patron aşkar edilərək götürülüb.

Müəllif: Ayna.az