Qanunsuz erməni silahlıların fortifikasiya qurğuları quraşdırmasının qarşısı alınıb

Xəbərlər

05.09.2023 - 22:18

cedabet dərman SEO Xidməti

Müdafiə Nazirliyi erməni silahlıların təxribatı barədə məlumat yayıb

Sentyabrın 5-i saat 19:35 radələrində Rusiya sülhməramlı kontingentinin müvəqqəti yerləşdiyi Azərbaycan ərazisindəki qeyri-qanuni erməni silahlı dəstələri Ordumuzun Xocavənd rayonu istiqamətində yerləşən mövqelərinin qarşısında uzunmüddətli fortifikasiya qurğularını quraşdırmağa cəhd göstəriblər.

AYNA xəbər verir ki, bu barədə Azərbaycan Müdafiə Nazirliyi (MN) məlumat yayıb.

Azərbaycan Ordusunun bölmələri tərəfindən görülən təxirəsalınmaz tədbirlər nəticəsində aparılan işlər dərhal dayandırılıb.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş