Qanunsuz erməni silahlı dəstələrinin Ağdam istiqamətində yeni səngər yolları qazmaq cəhdinin qarşısı alınıb

Xəbərlər

14.09.2023 - 21:38

cedabet dərman SEO Xidməti

Müdafiə Nazirliyi məlumat yayıb

Qanunsuz erməni silahlı dəstələrinin Ağdam istiqamətində yeni səngər yolları qazmaq cəhdinin qarşısı alınıb.

Bu barədə AYNA-ya Azərbaycan Müdafiə Nazirliyindən məlumat verilib.

Belə ki, saat 19:05-dən 19:25-dək Rusiya sülhməramlı kontingentinin müvəqqəti yerləşdiyi Azərbaycan ərazisindəki qeyri-qanuni erməni silahlı dəstələri Azərbaycan Ordusunun Ağdam rayonu istiqamətində yerləşən mövqelərinə yaxınlaşmaq məqsədilə yeni səngər yolları qazmağa cəhd göstəriblər. Ordumuzun bölmələri tərəfindən görülən təxirəsalınmaz tədbirlər nəticəsində aparılan işlər dərhal dayandırılıb.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş