Azərbaycan millisi beynəlxalq “Savaria” turnirində sonuncu oyununu keçirib
Qadın voleybolçulardan ibarət Azərbaycan millisi Macarıstanın Samboteli şəhərindəki beynəlxalq “Savaria” turnirində sonuncu oyununu keçirib.
AYNA Azərbaycan Voleybol Federasiyasına istinadla xəbər verir ki, millimiz Çexiya yığması ilə qarşılaşıb. Görüş çexiyalı voleybolçuların 3:0 hesablı qələbəsi ilə başa çatıb.
Voleybolçularımız ilk oyunda Macarıstan seçməsinə 2:3 hesabı ilə məğlub olublar. Növbəti oyunda Niderlanda qarşılaşan ylğmamız 0:3 hesabı ilə uduzub.
Beləliklə, seçməmiz turnirdə sonuncu olub.