Peskov: “Prezidentin cədvəlində hələlik belə bir telefon söhbəti yoxdur”
Kreml Rusiya və Türkiyə prezidentləri Vladimir Putin və Rəcəb Tayyib Ərdoğan arasında telefon danışığı planlaşdırmayıb. AYNA TASS-a istinadən xəbər verir ki, Rusiya liderinin mətbuat katibi Dmitri Peskov planda danışığın olmadığını açıqlayıb.
“Xeyr, Prezidentin cədvəlində hələlik belə bir telefon söhbəti yoxdur. Lazım gələrsə, təşkil olunacaq”, - deyə Kremlin rəsmi nümayəndəsi bildirib.
Qeyd edək ki, bir müddət öncə Ərdoğan Putinlə telefonla müzakirələr aparacağını açıqlamışdı.